TOP 10

"Gümüş medalçısı olduğum Azərbaycan çempionatı Belarus liqasından zəifdi"

Futzal
Tarix: 2018-08-29 10:00

"Fiziki cəhətdən özümü əla hiss edirəm. Lidaya gəlişimədək fərdi məşq edirdim, özümü "Lidselmaş"ın məşqçilər korpusunun yüksək tələblərinə hazırlayırdım. Digər tərəfdən, yay fasiləsi davamlı oldu. Çünki bunadək çıxış etdiyim Azərbaycanda çempionatı çoxdan bitib". Sport24.az xəbər verir ki, bu fikirləri belarusli futzalçı Vyaçeslav Tsvirko bildirib.

 

O, Azərbaycana gəlişinin necə baş tutmasından danışıb: "Qomelin "Yujnıy" klubundan Azərbaycanın "Marafon" komandasına Vasili Jarikov getdi. Bundan sonra həmin komanda belaruslular hesabına güclənməyi qərara aldı, məşqçilər korpusu bu məqsədlə Vasyaya müraciət etdi, o isə məni tövsiyə etdi. Belarus çempionatının bəzi qarşılaşmaları internetdə yayımlanır, buna görə də "Marafon"un nümayəndələri onları izləmək imkanı əldə edirdi. Məndəsə Belarus çempionatında bir az oyun praktikası vardı, buna görə də Azərbaycana yarım illiyə yollanmağı qərara aldım. Ancaq uzun müddətə müqavilə imzalamaq istəmirdim, hər halda, bu, ilk legioner təcrübəm idi, birdən xoşuma gəlməzdi".

 

Tsvirko Azərbaycamda legioner həyatından razı qalıb: "Sonda hər şey xoşuma gəldi. Bakı gözəl şəhərdi. "Marafon"la da yaxşı nəticə göstərdik, çempionatda 2-ci yeri tutduq. Azərbaycan çempionatı Belarusdan zəifdi, ancaq orda yüksək səviyyəli bir komanda var - "Araz". Praktiki olaraq bütün milli komanda onun ətrafında cəmləşib. Çempionluqdan yapışmaq şansımız vardı, "Marafon" xal fərqini 4-ə azaltdı, ancaq sonradan şəxsi görüşdə uduzdu. Buna rəğmən, "gümüş" də yaxşı nəticədi".

 

Vyaçeslav Azərbaycanı tərk edərək vətəninə qayıtmasının da səbəbini açıqlayıb: "İstirahətədək "Marafon" rəhbərliyi ilə gələcək əməkdaşlıq haqda danışığımız olmadı. Gələcək karyeramla bağlı bütün imkanları nəzərdən keçirmək istəyirdin və onlar üzə çıxmağa başladı. Ancaq mənə "Lidselmaş"dan zəng gələndə, digər variantlar arxa plana keçdi. Uzun müddət düşünmədim, belə təkliflərdən imtina etməzsən".

 

 

 

 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB