TOP 10

Qızdırma da kapitana mane ola bilmədi: “Axşam meydanda olacam”

Futbol
Tarix: 2018-08-23 13:41

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun səhhətində yaranan problem bu axşam Moldovada “Şerif”lə keçiriləcək Avropa Liqasının pley-off mərhələsindəki ilk matçda iştirakına mane olmayacaq. Bu barədə Sport24.az-a məlumatı, 36 yaşlı müdafiəçinin özü verdi:

 

“Tiraspola gəldikdən sonra qızdırmam qalxmışdı. Bu üzdən dünənki məşqdə iştirak edə bilmədim. Lakin bu gün səhər məşqində iştirak etmişəm. Özümü normal hiss edirəm və inşallah, axşam meydanda olacam”.

 

Qeyd edək ki, “Şerif” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB