TOP 10

Azərbaycan çempionatının bombardiri Rusiya klubuna keçdi

Futzal
Tarix: 2018-08-22 23:20

Azərbaycan milli komandasının futzalçısı Tyaqo Telez Bolinya karyerasını Rusiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, təcrübəli oyunçu “Norilsk Nikel” klubu ilə anlaşıb. Son iki mövsümü “Araz”da keçirən hücumçu yeni klubu il bir illik müqavilə imzalayıb.


Qeyd edək ki, Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də “Araz”ın formasını geyinib. Hücumçu 2017-18-ci il mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub. Mayda “Araz”la anlaşması başa çatan futzalçı klubun strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya klubunun təklifini dəyərləndirib.

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB