TOP 10

BATE - “Qarabağ”: yayım “düyünü” necə həll oldu? - Volkan Üst aydınlıq gətirir

Futbol
Tarix: 2018-08-14 16:00

Bu axşam Çempionlar Liqasının III təsnufat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək BATE – “Qarabağ” matçının yayımı ilə bağlı problemlər yaşanıb. Bu barədə Sport24.az-a verdiyi açıqlamada “CBC Sport” kanalının baş direktoru Volkan Üst məlumat verib.

 

Kanal rəhbəri Belarus tərəfinin yayım üçün ağlasığmaz məbləğ istədiyini dilə gətirdi: “Bakıda baş tutan ilk oyunda biz Belarus Dövlət Televiziyasına heç bir əngəl törətmədik. Əksinə, bütün istəklərini qısa zaman kəsiyində həll etdik. Təəssüf ki, cavab oyunu öncəsi Belarus Dövlət Televiziyası bizi xeyli problemlə üzləşdirdi”.

 

Maraqlıdı, “problem” dedikdə Volkan bəy nəyi nəzərdə tutur? Üstü dinləyək: “Bu mərhələnin oyunlarının yayımı üçün ödənilən bəlli bir ortalama qiymət var. Ancaq Belarus tərəfi elə bir şişirdilmiş məbləğ istədi ki... Məsələnin pis tərəfi də bundan ibarətdi ki, qiymət məsələsində “iki ayaqlarını bir başmağa dirəmişdilər”. Hətta UEFA-dakı əlaqələrimizi işə salmalı olduq. Ancaq etiraf edim ki, yenə də gözlənilən məbləğdən artıq rəqəmə razılaşdıq. Eybi yox, təki “Qarabağ” qalib gəlsin, biz də bu sevinci futbolsevərlərimizin izləməsi üçün şərait yaradaq”.

 

Sonda Volkan bəy Belarus tərəfi ilə nəyə görə barterə gedilməməsinə də aydınlıq gətirdi: “İlk gündən biz onlara barter təklif etmişdik. Lakin belaruslar buna razılıq vermədilər. Cavab qarşılaşmasının yayımı üçün ödədiyimiz məbləğə gəlincə, bu, kommersiya sirridi. Bir onu deyə bilərəm ki, bizə ödədiklərindən bir neçə dəfə artıq məbləğə razılaşdıq”.
 

Qeyd edək ki, BATE - “Qarabağ” matçı bu axşam 21:00-dan “CBC Sport” kanalıyla canlı yayımlanacaq.

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB