TOP 10

Ayxan Abbasov: "Bizə əsasən oyun tempi lazım idi ki, bunu əldə etdik"

Futbol
Tarix: 2018-08-11 12:21

“Zirə” yoxlama oyunu çərçivəsində dünən “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, "qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

 

"Bilirsiniz ki, bu həftə çempionatdakı oyunumuz təxirə salındı. Bizə də oyun lazım idi. Sağ olsunlar, "Qarabağ"dan xahiş etdik, əvəzedici komanda ilə yoxlama oyunu keçirməyə razılıq verdilər. Həmçinin, əsas heyətdə şans qazanmayan futbolçuları bizimlə qarşılaşmaya göndərdilər. Normal oyun oldu. Bizə əsasən oyun tempi lazım idi ki, bunu əldə etdik. Bu həftəni oyunla başa vurmaq istəyirdik, buna nail olduq. Düzdü, zədələrimiz oldu, bunlar da futbolda baş verən hadisələrdi".

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB