TOP 10

"Slaviya"nın prezidenti: "Kapitanımızı Azərbaycan klubu transfer edib"

Futbol
Tarix: 2018-08-11 12:02

Bolqarıstanın “Slaviya” klubunun kapitanı Emil Martınov karyerasını Azərbaycanda davam etdirəcək. Sport24.az xəbər verir ki, Sofiya təmsilçisi bu yaxında yollarını ayırdığı bir sıra futbolçuları kimi, kapitanının da ölkə xaricində çıxış etməsinə imkan yaradıb.

 

Belə ki, “Slaviya”nın prezidenti Ventseslav Stefanov Emilin Azərbaycan klubuna transfer olunduğunu təsdiqləyib. Ancaq onun Premyer Liqamızın hansı təmsilçisi olduğu açıqlanmayıb.

 

Özü də boqlar həmkarlarımız Martınovun pulsuz buraxılmasını qeyd edib. Halbuki, 26 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsümün sonuna başa çatan müqaviləsini uzatmışdı.

 

Qeyd edək ki, müdafiənin mərkəzində də çıxış edə bilən Emil karyerasında yeganə titulu son mövsümdə qazandığı ölkə Kubokudu. 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB