TOP 10

İlk turun şərhçiləri bəllidi

Futbol
Tarix: 2018-08-11 11:36

Topaz Premyer Liqasında ilk turun şərhçiləri bəllidi. Sport24.az xəbər verir ki, açılış matçı “Sumqayıt” – “Neftçi” görüşünü Elnur Məmmədli şərh edəcək. “Dalğa Arena”dakı oyun saat 20:00-də başlayacaq.

 

Sabah “Qəbələ” – “Səbail” qarşılaşmasının şərhçisi Rüstəm Əfsərli olacaq. Qəbələdəki matç saat 19:00-da başlayacaq. Bundan 2 saat sonra “İnter Arena”da keçiriləcək “Keşlə” – “Sabah” oyununu Şəmsəddin Abbasov şərh edəcək.

 

Xatırladaq ki, avqustun 10-da keçirilməli olan “Qarabağ” – “Zirə” qarşılaşması təxirə salınıb.

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB