TOP 10

"Neftçi"dən qələbəylə start - YENİLƏNDİ

Futbol
Tarix: 2018-08-11 21:51

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün startı verilib. Sport24.az xəbər verir ki, açılış matçı Mərdəkanda keçirilib.

 

“Sumqayıt” “Dalğa Arena”da “Neftçi”ni qonaq edib. “Gənclik şəhəri”nin təmsilçisi “Kapital Bank Arena”da təmir işlərinə görə rəqiblərini ən azı sentyabrın sonunadək Mərdəkanda qəbul edəcək.

 

Matç "Neftçi"nin inamlı qələbəsiylə yekunlaşıb. "Sumqayıt" kapitanı Vurğun Hüseynovun qırmızı vərəqə almasına görə oyunun son 24 dəqiqəsini azlıqda keçirməli olub. 

 

Tura sabah "Qəbələ" - "Səbail" (19:00) və "Keşlə" - "Sabah" (21:00) matçları ilə yekun vurulacaq.  

 

Qeyd edək ki, təqvimə görə tur dünən “Qarabağ” – “Zirə” qarşılaşmasıyla başlamalı idi. Ancaq bu görüş Çempionlar Liqasındakı təmsilçimizin BATE-ylə səfər matçına daha yaxşı hazırlaşmasına görə təxirə salındı.  

 

 

Topaz Premyer Liqası

I tur

11 avqust

“Sumqayıt” – “Neftçi” 0:2 

Qollar: M.Abbasov, 27. E.Mahmudov, 72.
Qırmızı vərəqə: V. Hüseynov, 66.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Dalğa Arena” stadionu

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

 

"Neftçi": 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Frederiko, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 6. Qoran Paratski, 7. Namik Ələskərov, 11. Kvame Karikari, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 37. Vüsal Əskərov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB