TOP 10

“Çelsi”ni “Everton”a dəyişdi

Dünya Futbolu
Tarix: 2018-08-11 11:30

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərənin digər klubu “Çelsi”dən Kurt Zumanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Fransalı mərkəz müdafiəçisi bir mövsümlük icarəyə götürülüb.

 

Fransanın “Sent-Etyen” klubunun yetirməsi olan Zuma “Çelsi”yə 2014-cü ildə məhz bu komandadan transfer olunub. Lakin London klubu onu elə həmin il “Sent-Etyen”in özünə icarəyə verib. 23 yaşlı futbolçu ötən mövsümü də “Stok Siti”də icarədə keçirib.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB