TOP 10

“Traktorsazi” böyük hesabla uduzdu

Dünya Futbolu
Tarix: 2018-08-11 09:33

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

 

Təbrizin daha məşhur “Traktorsazi” klubu səfərdə “İstiqlal” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyunda darmadağına üzülüb - 0:3.

 

Təbrizin digər təmsilçisi “Göstəriş” isə doğma meydanda “Sepidrud Rəşt” ilə üz-üzə gəlib və bu dəfə də meydanı 1 xalla tərk edib – 1:1.

 

Üç turdan sonra 3 xala malik “Göstəriş” 16 iştirakçı arasında 10-cu, “Traktorsazi” isə 2 xalla 15-ci pillədə qərarlaşıb.

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB