TOP 10

Budaq Nəsirov rəsmən “Zirə”də

Futbol
Tarix: 2018-08-10 19:06

“Zirə” növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, “qaratallar” U-21 yığmamızın üzvü Budaq Nəsirovu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 22 yaşlı futbolçu Portuqaliyanın "Sportinq" klubundan icarəyə götürülüb. 

 

Müqaviləylə daha 3 il Lissabon “Sportinq”inə məxsus olan yarımmüdafiəçi son iki ili bu klubun əvəzedici komandasında keçirib.

 

Qeyd edək ki, Budaq Portuqaliyaya gedənə qədər klublarımızdan "Turan”, Naxçıvan "Araz”ı, “Sumqayıt” və son olaraq “Kəpəz”də çıxış edib.
 

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB