TOP 10

26-cı start - ilk turda baş məşqçilərin hamısı debütantdı

Futbol
Tarix: 2018-08-10 16:00

Sabah Topaz Premyer Liqasında (TPL) 2018/19 mövsümünə start veriləcək. Sport24.az xəbər verir ki, yeni çempionat təxirəsalmayla başladığından, ilk tur tam baş tutmayacaq.

 

Məsələ ondadır ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ylə Belarusdakı cavab matçına daha yaxşı hazırlaşması məqsədilə PFL-ə müraciətinə əsasən "Zirə"ylə ev matçı sentyabrın 23-nə keçirilib. Halbuki, həmin matç bu gün olmalı idi. Ona görə də belə vəziyyət yarandı ki, 26-cı çempionat sabah başlayacaq.

 

Açılış matçı "Sumqayıt" - "Neftçi" qarşılaşması olacaq. Ancaq bu matç "gənclik şəhəri"ində yox. paytaxtda - Mərdəkanda "Dalğa Arena"da keçiriləcək. Bu da "Sumqayıt"da ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"da qazonun süni örtüyünün təbii ilə dəyişdirilməsiylə bağlıdı.

 

Nominal meydan sahiblərinin baş məşqçisi Nazim Süleymanov xeyli fasilədən sonra Premyer Liqamıza qayıdaraq yeni klubunda, doğulub, boya-başa çatdığı şəhərin təmsilçisində debüt edəcək. "Neftçi" də çempionata yeni baş məşqçiylə başlayır. Ancaq fərq ondadır ki, italyan mütəxəssis Roberto Bordinin debütü Avropa Liqasında Macarıstanın "Uypeşt" klubuyla qarşılaşmada olub. "Neftçi"nin həmin oyunda 3:1 hesablı qələbəni məhz "Dalğa Arena"da qazanması maraqlı məqam kimi diqəqt çəkir. "Sumqayıt"ın 2 futbolçusu yayda məhz "Neftçi"yə keçərək sabqi klublara qarşı oynayacaq. Bu, müdafiəçi Tural Axundovla yarımmüdafiəçi Rəşad Eyyubovdu. 

 

Bazar günü 2 matç baş tutacaq. Bakıda məskunlaşan Ağdam "Qarabağ"ını nəzərə almasaq, TPL-in yeganə əyalət təmsilçisi Qəbələ" "Səbail"i qəbul edəcək. Burda da yeni baş məşqçilərin qarşıdurması olacaq. Aftandil Hacıyevin Premyer Liqamızda debütü "Səbail"lə olacaq. Sənan Qurbanov yeni baş məşqçisi olduğu "Qəbələ"ylə Avrola Liqasında uğursuz sınaqdan sonra çempionatda siftəsini edəcək. Bu matç qonaqların milli üzvü Ruslan Qurbanov üçün prinsipial xarakter daşıyır. Axı, bu hücumçu yay fasiləsində "Səbail"ə məhz "Qəbələ"dən keçib.

 

Tura Keşlə" - "Sabah" matçıyla yekun vurulacaq. Milli çempionatımızın tarixinə 60-cı komanda kimi düşən "Sabah"ın debütü paytxat derbisndə olacaq. Bu komandada baş məşqçi postunda Elşad Əhmədovun, "Keşlə"də isə serbiyalı Mladen Milinkoviçin debütü olacaq.  Görünüdüyü kimi, ilk turun iştirakçıları olan baş məşqçilərin hamısı debütantdı.

 

Tura yekun vuracaq matç "ASK Arena"da keçiriləcək ki, bu, "İnter Arena"nın yeni adıdı. 

 

Topaz Premyer Liqası

I tur

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Dalğa Arena” stadionu



12 avqust (bazar)


19:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Qəbələ. Şəhər stadionu

 

21:00. “Keşlə” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “ASK Arena” stadionu
 

 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB