TOP 10

Qana yığmasının üzvü İngiltərə klubunda

Dünya Futbolu
Tarix: 2018-08-10 16:38

İngiltərənin “Kristal Pelas” klubu heyətinə daha bir futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərənin digər klubu “Suonsi Siti”dən Cordan Ayyunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qana yığmasının 26 yaşlı hücumçusu 1 mövsümlük icarəyə götürülüb.

 

Marsel “Olimpik”inin yetirməsi olan Ayyu Fransada “Soşo” və “Loryan” klublarında da forma geyinib. Qana yığmasının digər məşhur üzvü Andre Ayyunun qardaşı olan Cordan İngiltərədə 2015-ci ildən oynamağa başlayıb. O, “Aston Villa”da iki mövsüm oynadıqdan sonra 2017-ci ildə “Suonsi Siti”yə transfer edilmişdi.

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB