TOP 10

Premyer Liqa klubundan son gündə daha 3 transfer - FOTO

Dünya Futbolu
Tarix: 2018-08-10 17:00

İngiltərənin “Fulhem” klubu bu ölkədə transfer pəncərəsinin bağlanmasına saatlar qalmış etdiyi transferlərlə diqqətləri üzərinə çəkib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sevilya”nın qapıçısı Serxio Riko və “Atletiko”nun argentinalı hücumçusu Lusiano Vyettodan başqa son gündə daha üç futbolçunu heyətinə qatıb. 

Onlardan biri “Bristol Siti”dən transfer edilən sol cinah müdafiəçisi Co Brayandı. 24 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Bristol Siti”nin yetirməsi olan müdafiəçi ölkəsinin “Bat Siti” və “Plimut Arqayl” klublarında da icarədə oynayıb.

“Fulhem”in digər transferi Fransanın “Olimpik” (Marsel) klubundan cəlb olunan müdafiəçi Andre Zambo-Anqissadı. Kamerun yığmasının da şərəfini qoruyan 22 yaşlı futbolçu İngiltərə təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. Peşəkar karyerası məhz Marsel klubuna bağlı olan futbolçu 2015-ci ildən bəri bu komandada 79 oyuna çıxıb.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Timoti Fosu-Mensa da karyerasını “Fulhem”də davam etdirəcək. Hollandiya yığmasının 20 yaşlı futbolçusu 1 mövsümlük icarəyə götürülüb. MY-nin yetirməsi olan gənc yarımmüdafiəçi ötən mövsümdə də “Kristal Pelas”da icarədə oynayıb.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB