TOP 10

Ramin Musayev neftin bahalaşmasına ümid edir: "Rövnəq Abdullayevdən başqa kim Azərbaycan futboluna kömək edir?"

Futbol
Tarix: 2018-08-10 13:54

Peşəkar Futbol Liqasının pezidenti Ramin Musayev I Divizionun püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, qurum rəhbəri bir sıra mətləblərə aydınlıq gətiirb.

 

- Hakimlərin təlim-məşq toplanışı niyə olmadı?

- 5-10 matç üçün toplanışa getməyin mənası varmı? Onlar qışda təlim-məşq toplanışında idilər. Bu il isə qarşılaşmalar az idi, ona görə də getmədilər. Qışda yenə gedəcəklər.   

 

- Gürcüstanda isə 4 futbol liqası var...

- Bizdə də yetərincə liqa var. Regional Liqasını 3-cü liqa adlandırmaq olar, həvəskarları isə 4-cü. Liqaların sayını süni şəkildə artırmağın, belə ad verməyin mənası yoxdu. Təəssüf ki, kənardan heç kim futbola pul qoymaq istəmir.

 

- I Divizionun qalibini hansı perspektiv gözləyir?

- Ümid edək ki, neftin qiyməti qalxacaq və perspektivlər ən sevindirici olacaq. Rövnəq Abdullayevdən başqa kim Azərbaycan futboluna kömək edir? Heç kim kömək etmək istəmir. Hərçənd, hər regionada imkanlı insanlat var. ancaq heç nə etmirlər.

 

- "Qəbələ"ni niyə fikrindən daşındıra bilmədiniz?

- Heç kim əvəzediclərini I Divizionda çıxış etməyə məcbur etmir. "Qəbələ"nin qərarı büdcəylə bağlıdı. Onlar artıq neçə illərdi futbola pul xərcləyirlər. Büdcələri bizim qərardan əvvəl formalaşıb.

 

- "Şüvəlan"ın pulu yox idi. Mövsümü yarıda başa vurmazlar?

- Onlar iştirak edə bilməsəydilər, çempionata buraxmazdıq. Onlar sonadək oynayacaqlar. Dünən bzə zəng edib dedilər ki, çıxış edəcəyilk

 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB