TOP 10

BATE evdə "Qarabağ"a qarşı fərqli taktikayla oynayacaq: "Rəqib üzərində elə böyük üstünlüyümüz yoxdu"

Futbol
Tarix: 2018-08-10 12:14

"Açıq danışsaq, "Qarabağ" üzərində elə də böyük üstünlüyümüz yoxdu. Qarşıdakı hələ Borisovda keçirəcəyimiz cavab oyunu var". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun Belarus mətbuatına açıqlamasında deyib.

 

Baklda matçdan yeganə qolun müəlliif olan futbolçu ələn həftə Borisovda keçiriləcək cavab matçınaərqli taktika ilə çıxış edəcəklərini bildirib: Ümid edirəm ki, ev matçında həm hücumda, həm də müdafiədə bir qədər fərqli oyun nümayiş etdirəcəyik. Amma əminəm ki, Bakıda olduğu kimi, doğma meydanda da bizə çətin olacaq. Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".

 

Xatırladaq ki, bu cütün qalibi pley-off mərhələsində son Hollandiya çempionu PSV-yə rəqib olacaq.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB