TOP 10

"Zirə" Portuqaliyadan futbolçu gətirdi - keçid bu gün rəsmiləşəcək

Futbol
Tarix: 2018-08-10 11:18

“Zirə” növbəti transferini reallaşdırır. Sport24.az xəbər verir ki, “qaratallar” U-21 yığmamızın üzvü Budaq Nəsirovu heyətinə cəlb edir.

 

Müqaviləylə daha 3 il Lissabon “Sportinq”iə məxsus olan 22 yaşlı yarımmüdafiəçinin icarəyə götürmək və ya birdəfəlik transfer etmək məsələsi üzərində hazırda danışıqlar gedir. Dünən Bakıya gələn Budaqın keçidi bu gün reallaşaraq rəsmən açıqlanacaq.

 

Nəsirov 2 ildi üzvü olduğu “Sportinq”in B komandasında yay fasiləsində təlim-məşq toplanışınında olaraq hazırlıq keçib. O, “Zirə”nin baş məşqçisi Ayxab Abbasovun çoxdan bəyəndiyi futbolçudu. Budağın “Sportinq”dən ayrılmaq variantının olması gənc mütəxəssisi istədiyi orta sahə oyunçusu komandasına cəlb etməyi reallaşdırmağa imkan yaradıb.

 

Nəsirovun gəlməsiylə Abbasov dayaq yarımmüdafiəçisi Vüqar Mustafayevi arxaya – müdafiənin mərkəzinə çəkməsinə imkan yaradacaq. Axı, məlumdu ki, "Zirə” həmin mövqeyə hələ də legioner ala bilməyib və boşluq var. Düzdür, gənc oyunçular Adil Nağıyevlə Sadiq Quliyev müdafiənin mərkəzində çıxış etsələr də, bu, tam yetərli deyil və Vüqar təcrübəsiylə daha faydalıdı. Təsadüfi deyil ki. Ababsov bu variantı çempionatda gerçəkləşdirnməyi düşünürək Mustafayevə hələ keçən mövsümdə , bu dəfə isə hazırlıq matçlarında bir neçə dəfə mərkəz müdafiəçisi mövqeyinə qoyub.

 

Qeyd edək ki. Budaq klublarımızdan "Turan”, Naxçıvan "Araz”ı, “Sumqayıt” və son olaraq “Kəpəz”də çıxış edib.

23 Sentyabr 2018
22 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB