TOP 10

“Fiorentina”dan “Vest Hem”ə

Dünya Futbolu
Tarix: 2018-08-10 15:16

İngiltərənin “Vest Hem” klubu heyətinə daha bir futbolçu qatıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Karlos Sançesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Kolumbiyalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

 

Sançes “Fiorentina”ya 2016-cı ildə məhz İngiltərədən – “Aston Villa” klubundan transfer edilmişdi. Lakin o, geridə qalan mövsümün ikinci dövrəsini icarə əsasında İspaniyanın “Espanyol” klubunda keçirib.

 

Kolumbiya yığmasında 88 oyuna çıxmış 32 yaşlı futbolçu karyerası ərzində Montevideo “River Pleyt”ində, “Valensyenn” və “Elçe”də də forma geyinib.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB