TOP 10

“Barselona”nın yetirməsi İngiltərəyə üz tutdu

Dünya Futbolu
Tarix: 2018-08-10 14:02

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Valensya” klubunun müdafiəçisi Martin Montoyanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

27 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. 

 

“Barselona”nın yetirməsi olan, bu klubda 45 oyun keçirmiş Montoya 2016-cı ildən “Valensiya”da çıxış edirdi. 

 

Montoya bir müddət Milan “İnter”ində, “Betis”də icarədə də oynayıb.
 

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB