TOP 10

Premyer Liqa klubundan daha 2 transfer

Dünya Futbolu
Tarix: 2018-08-10 13:35

İngiltərənin “Kardiff Siti” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq sözügedən klub İspaniya “Betis”inin yarımmüdafiəçisi Viktor Kamarasanı və İngiltərə “Bornmut”unun yarımmüdafiəçisi Harri Arteri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı Kamarasa bir mövsümlük icarəyə götürülüb. “Levante”nin yetirməsi olan ispaniyalı yarımmüdafiəçi 2017-ci ildə “Betis”ə transfer olunub. O, bu komanda ilə geridə qalan mövsümdə 24 oyuna çıxıb, 1 qola imza atıb.

 

İngiltərədə anadan olan, lakin İrlandiya yığmasında forma geyinən Harri də bir mövsümlük icarəyə götürülüb. 29 yaşlı futbolçu “Bornmut”da 2011-ci ildən çıxış edir. O, bu komandanın heyətində 230-dan çox oyun keçirib.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB