TOP 10

“Liverpul” hücumçusunu icarəyə verdi

Dünya Futbolu
Tarix: 2018-08-10 13:06

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərənin digər klubu “Liverpul”da çıxış edən Denni İnqzi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

26 yaşlı hücumçu bir mövsümlük icarəyə götürülüb. Lakin “Sauthempton” “Liverpul”la 2022-ci ilədək müqaviləsi olan futbolçunu mövsümün sonunda 20 milyon funt-sterlinq ödəməklə birdəfəlik transfer etmək şansı da əldə edib.

 

İnqz “Liverpul”a 2015-ci ildə “Bernli”dən transfer olunsa da, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. O, geridə qalan mövsümdə bu klubun heyətində cəmi 8 Premyer Liqa matçına çıxıb, 1 qol vurub. Denni Çempionlar Liqasında da 4 oyun keçirib, lakin fərqlənə bilməyib.

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB