TOP 10

“Atletiko” və “Sevilya”nın futbolçuları Premyer Liqa klubunda

Dünya Futbolu
Tarix: 2018-08-10 12:30

İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq sözügedən klub “Sevilya”nın qapıçısı Serxio Rikonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı qolkiper bir mövsümlük icarəyə götürülüb.

 

İspaniyalı qolkiper məhz “Sevilya”nın yetirməsidi. O, 2014-cü ildən formasını geyindiyi doğma klubunda 114 oyun keçirib.

 

“Fulhem”in digər transferi də İspaniyadan, bu ölkənin digər klubu “Atletiko”dandı. Madrid təmsilçisi argentinalı hücumçusu Lusiano Vyettonu bu komandaya icarəyə verib. 24 yaşlı futbolçu bir mövsümlük icarəyə götürülüb.

 

Argentinalı forvard 2015-ci ildən “Atletiko”da oynayır. O, geridə qalan mövsümdə Madrid klubunun heyətində 29 oyuna çıxıb, 5 qola imza atıb.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB