TOP 10

UEFA reytinqində daha bir pillə gerilədik

Futbol
Tarix: 2018-08-10 10:42

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycanın cədvəldəki mövqeyi dəyişib.

 

İsrail təmsilçilərinin uğurlu çıxışı bu ölkənin reytinq xalını artırıb. 18,125 xalı olan israillilər əlavə göstəricilərə görə 24-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub.

 

Azərbaycan hazırda UEFA reytinqində 55 ölkə arasında 25-ci pillədədi. Ölkəmizin hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

 

Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın isə 17,500 xalı var.

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB