TOP 10

Ramil Quliyev Avropa çempionu da oldu

Digər
Tarix: 2018-08-10 01:00

Azərbaycanlı atlet Ramil Quliyev dünya çempionluğunun ardından Avropa çempionu da olub. Sport24.az xəbər verir ki, Türkiyə millisində çıxış edən sprinterimiz Ramil Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə qitə birinciliyində qızıl medal qazanıb. 

 

Ramil Berlin Olimpiya Stadionunda reallaşan qitə yarışında 200 m məsafəyə qaçışda 19,76 saniyə göstərici ilə şəxsi rekordunu qıraraq qızıl medal qazanıb. Bununla da karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb. Quliyev 2009-cu ildə burada Azərbaycanı təmsil edərək dünya çempionatında 7-ci olmuşdu.

 

Qeyd edək ki, Ramil ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.


 

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB