TOP 10

“Keşlə” serbiyalı futbolçu transfer etdi - RƏSMİ

Futbol
Tarix: 2018-08-10 00:07

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt klubu serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Tərəflər 1 illik müqaviləyə imza atıblar.

 

31 yaşlı futbolçu geridə qalan mövsümü Polşanın “Visla” klubunda keçirib. O, mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyuna çıxıb.

 

Serbiyanın “Napredak” klubunun yetirməsi olan təcrübəli futbolçu daha öncə “Partizan”, “Volqa” (Rusiya), “Uypeşt”, “Videoton” (hər ikisi Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Şanxay Şensin” (Çin), “Bney Yehuda” (İsrail), “Anortosis” (Kipr) klublarında da forma geyinib.

 

Mitroviç Serbiya yığmasında cəmi 1 oyun keçirib.

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB