TOP 10

“Arsenal”ın hücumçusu “Vest Hem”də

Dünya Futbolu
Tarix: 2018-08-09 17:16

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Arsenal”dan hücumçu Lukas Peresi transfer edib. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

 

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Vest Hem” futbolçu üçün “topçular”a 5 milyon avro ödəyəcək.

 

"Vest Hem” bir müddət əvvəl “Arsenal”la yollarını ayıran Cek Uilşir və “Latsio”dan Felipe Andersonla müqavilə imzalamışdı. Klub həmçinin, “Suonsi"nin qapıçısı Lukas Fabianskini, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andrey Yarmolenkonu, “Tuluza”nın müdafiəçisi İssa Diopu transfer etmişdi.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB