TOP 10

Belaruslar "Qarabağ"la oyunda ən yaxşı BATE-lini seçdi

Futbol
Tarix: 2018-08-09 14:04

Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Qarabağ" - BATE görüşünün ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, bu, Borisov klubunun rəsmi saytında (fcbate.by) qeydiyyatdan keçən izləyicilər arasında aparılan sorğunun nəticəsinə əsaəsn müəyyənləşib.

 

Belə ki, soğru iştirakçılarına Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydana çıxan bütün BATE-li futbolçulara qiymət vermək təklif olunub. Yekunda qalib yeganə qolun, 36-cı dəqiqədə qələbə topunun müəllifi olan Stanislav Draqun seçilib. Yarımmüdafiəçi 10 mümkün baldan 9,3 toplayıb.

 

Səsvermədə 2-ci qapıçı Denis Şerbitski (9,2 bal), 3-cü isə müdafiəçi Makism Volodko (8,9) olub.

 

 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB