TOP 10

“Real”ın futbolçusu rəsmən “Çelsi”də

Dünya Futbolu
Tarix: 2018-08-09 14:38

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, London təmsilçisi İspaniyanın “Real” klubunun xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

“Zadəganlar” xorvatiyalı ulduzu 1 mövsümlük icarəyə götürüb. 

 

2010-cu ildə Zaqreb “Dinamo”sundan “İnter”ə transfer edilən Kovaçiç 2015-ci ildə 31 milyon avroya İtaliya klubunu “Real”a dəyişmişdi. O, La Liqada oynadığı 3 mövsümdə 71 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB