TOP 10

Fransa millisinin sabiq üzvü ABŞ klubunda

Dünya Futbolu
Tarix: 2018-08-09 14:21

Fransız müdafiəçi Bakari Sanya ABŞ-ın futbol çempionatında çıxış edən “Monreal İmpakt” klubuna transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Amerika təmsilçisinin rəsmi saytı xəbər yayıb. 35 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb.

 

Karyerasına Fransanın “Oser” klubunda başlayan Sanya, “Mançester Siti” və “Arsenal” kimi klubların şərəfini qoruyub. Fransız futbolçunun son ünvanı isə “Benevento” olub.

 

Sanya, son mövsümdə A Seriyası təmsilçisi ilə 13 qarşılaşmada iştirak edib və 1 qol vurub.

 

Hazırda ABŞ çempionatında Zlatan İbrahimoviç, Sebastyan Covinko, Covanni dos Santos kimi tanınmış futbolçular top qovur.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB