TOP 10

Skarlatake meydançadan şikayətçidi: “Normalda biz qalib gəlməliyik”

Futbol
Tarix: 2018-08-09 10:43

Artıq 3 ildi “Keşlə”nin şərəfini qoruyur. Deməli, komandasının sütunlarından sayılır. 32 yaşlı Adrian Skarlatake Sport24.az-a verdiyi müsahibədə avrokubokdakı uğursuzluqdan da danışdı, meydançalarının örtüyünün bərbad olmasından da, çempionatın ilk oyununa proqnozunu da verdi.

 

- Azərbaycan çempionatının startına hazırsızmı?
- Düşünürəm ki, komanda hazır vəziyyətdədir. Yeni baş məşqçimiz var. Özümüzü yüksək səviyyədə hazırlamışıq. Ümid edirəm ki, ilk oyunda qalib gələcəyik.

 

- Yeni məşqçinin sabiq çalışdırıcınız Yuri Maksimovdan fərqi nədir?
- Maksimovdan fərqli çox şey var. Onun öz oyun taktikası, oyun fəlsəfəsi var. Düşünürəm ki, onunla uğur qazana biləcəyik. Fikrimcə, o, bizim nə istədiyimizi bilir. 

 

- Maksimov getdikdən sonra “Keşlə” haqqında heç bir yaxşı fikir səsləndirməmişdi...
- Onun fikirlərini oxumamışam. Doğrudan, bilmirəm ki, nə deyib. Amma “Keşlə” son mövsümü Maksimovla uğur qazandı. Biz ukraynalı ilə kuboka sahib çıxdıq. Ona hörmətimiz böyükdür. 

 

- O, bildirmişdi ki, kubok qazanan baş məşqçini niyə göndərdilər? Haqsızlıq edildiyini düşünürdü...
- Mən dəqiq bilmirəm ki, orda nə baş verib. Bütün hallarda etiraf etməliyik ki, “Baltsan”la ilk oyunu bərbad oynadıq. Biz rəqibdən daha yaxşı komanda idik. Bakıda hər şeyi dəyişdirməyə yaxın idik. Amma bu baş vermədi. 

 

- Düşünürsən ki, məğlubiyyətlərdə Maksimov günahkardır?
- Səhv hər kəsindir, tək Maksimovun yox. Amma biz o rəqibi udmalı idik. Çünki individual olaraq çox güclü idik.

 

- “Sabah”la çempionat oyununda qalib gələ biləcəksiz?
- Normalda biz üstünük və qalib gəlməliyik. Amma meydançamız çox pis vəziyyətdədir və burda hər şey mümkündür. Sintetik meydanda oynamaq bu istidə çox çətindir. İsti olduqda vəziyyət çox ağırlaşır. Biz daha yaxşı komanda olsaq da, bu sahədə şanslar 50/50-yədir.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB