TOP 10

"Səbail" Meksika millisinin sabiq futbolçusunu transfer etdi - RƏSMİ

Futbol
Tarix: 2018-08-08 19:33

“Səbail” növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatdığını rəsmən açıqlayıb. Ancaq 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

 

Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr “Ermis”ində keçirib. O, 2009-11-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.

 

 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB