TOP 10

"Qarabağ"ın legionerinin yeni baş məşqçisi "Qarabağ"dan ağır zərbə alan oldu

Futbol
Tarix: 2018-08-08 17:11

İslandiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, tanınmış mütəxəssis Erik Hamrendi. İslandiya Futbol Assosiasiyası bu təyinatı açıqlayandan sonra məsələ rəsmiləşəcək. 

 

İsveç millisinin 61 yaşlı sabiq çalışdırcısı bununla da yığma karyerasını davam etdirməyə qayıdacaq. Hamrenin son iş yeri Cənubi Afrika Respublikasının "Mamelodi Saundans" klubunda texniki direktor idi.

 

İslandiya millisini tarixində ilk dəfə dünya çempionatına final mərhələsinə çıxaran Heymur Hadlqrimsson komanda mübarizəni qrup mərhələsində dayandırandan sonra baş məşqçi postundan gedib və bu vəzifə 2 aya yaxındı boş qalıb. 

 

Qeyd edək ki, mundialda islandların əsas qapıçısı olan Hannes Halldorsson yay fasiləsində "Qarabağ"a keçərək artıq rəsmən debüt edib. Hamren isə 9 il öncə Avropa Liqasında "Rusenborq"un baş məşqçisi kimi "Qarabağ"a gözlənilmədən uduzaraq paytaxtımıza ağır zərbə alıb - Osloda 0:0, Bakıda 0:1. Bu, Hannesin yeni baş məşqçisi  Qurban Qurbanovun "Qarabağ"la avrokuboklarda ilk qələbəsi kimi tarixə düşüb. 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB