TOP 10

PFL təxirəsalmanı təsdiqlədi: “Qarabağ” – “Zirə” matçının yeni tarixi də açıqlandı

Futbol
Tarix: 2018-08-08 16:55

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqasında (TPL) yeni mövsümün açılış oyununun təxirə salınmasıyla bağlı rəsmi məlumat yayıb. Sport24.az xəbər verir ki, təqvimə görə avqustun 10-da keçirilməli olan "Qarabağ" - "Zirə" matçı təxirə salınıb.

 

Belə ki, Çempionlar Liqasında təmsilçimiz PFI-ə müracət edərək, III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün TPL-in 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:



TPL-in I  turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr  tarixə keçirilsin.

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB