TOP 10

Formula yarışları zamanı qəza - Sürücünün ayaqları amputasiya olundu

Formula
Tarix: 0000-00-00 00:00

Britaniyanın Doninqton trasında Formula4 milli çempionatının növbəti yarışında keçirdiyi ağır qəzadan sonra həkimlər Billi Monqerin ayaqlarını xilas edə bilməyiblər. Sport24.az F-1.az-a istinadən xəbər verir ki, JHR Developments komandasının 17 yaşlı sürücüsü Monqer sıx qrupda mübarizə aparıb. Bu zaman öndə olan Carlin komandasının finlandiyalı sürücüsü Patrik Pasma yavaşlayıb, arxada olan sürücülər son anda ona çırpılmaqdan qurtula bilsələr də, Monqer bunu edə bilməyib və tam sürətlə rəqibinə çırpılıb.

İnsidentdən sonra xilasedicilər iki saat ərzində Monqeri maşından çıxara biliblər. Ayaqlarından ağır zədələr alan sürücü Nottingemin Kral Tibbi Mərkəzinə çatdırılıb, təəssüf ki, həkimlərin səyi heç bir nəticə verməyib və sürücünün ayaqları dizdən aşağı amputasiya olunub.

Qeyd edək ki, gənc sürücülərin bu çempionatda yarışları müxtəlif milli mərhələlərin dəstək yarışları kimi keçirilir. Bu dəfə isə Doninqtonda gənc sürücülər WTCC çempionatına dəstək vermək üçün bir araya gəliblər.

 

CBCsport
07 Aprel 2020
06 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL