TOP 10

Maldiv yığması Azərbaycanla oynamaq istəyir

Futbol
Tarix: 2018-08-08 15:17

Futbol üzrə Maldiv adalarının baş məşqçisi Petar Şeqrt yığma komandamıza qarşı yoxlama oyunu keçirmək istəyir. Sport24.az xəbər verir ki, serbiyalı mütəxəssis Cənubi Asiya çempionatı öncəsi komandasının potensialına bələd olmaq üçün belə bir matçın baş tutmasını arzulayır.

 

Vaxtilə Gürcüstan yığmasının “sükanı arxası”nda dayanmış 52 yaşlı mütəxəssis fikirlərini bu cür izah edib: “Planlarımız genişdi. Sentyabrda start götürəcək Cənubi Asiya birinciliyindən uğurlu nəticə gözləyirəm. Aşağısı yarımfinaladək irəliləməyi düşünürük. Tarix ərzində heç vaxt Avropa təmsilçisinə qarşı oynamamışıq. Belə bir matç komandamın real vəziyyətinə qiymət vermək üçün əla fürsət olardı. Böyük futbol ölkələrini nəzərdə tutmuram. Bizə münasib rəqib qismində Azərbaycanı göstərərdim”.

 

Qeyd edək ki, FİFA-nın son reytinq sıralamasında Azərbaycan 105-ci, Maldiv isə 150-ci pillədə qərarlaşıb.
 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB