TOP 10

Millimizin futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi: "Çox dinamik və istəkli bir komanda gördüm"

Futbol
Tarix: 2018-08-08 13:02

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyənin "Boluspor" klubuna transferi rəsmiləşib. Sport24.az xəbər verir ki, I liqa təmsilçisi 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.

 

Klub prezidenti Necip Çarıkçı imzalanma mərasimindən sonra ilk transferlərinin Ufuk olduğunu, onun müdafiənin sol cinahında oynadığını qeyd edib. Budak isə öz növbəsində bu transferdə əməyi keçən hər kəsə təşəkkür edib: "Bir həftəyə yaxındı burdayam. Çox dinamik və istəkli bir komanda gördüm. Burada çox yaxşı dostluq mühiti var. Bu həftə liqaya yaxşı başlayıb, məqsədimizə nail olmaq istəyirik”.

 

Qeyd edək ki, Budak ötən mövsüm "Samsunspor"da oynayıb.

20 Fevral 2019
19 Fevral 2019
B.eÇ.aÇC.aCŞB