TOP 10

Qleb "Qarabağ"ın kapitanının səhvini şərh etdi: "Rəqibi özündənrazılığa görə cəzalandırdıq"

Futbol
Tarix: 2018-08-08 09:44

Belarus BATE-sinin təcrübəli futbolçusu Aleksandr Qleb Bakıda "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

 

- Matçı necə şərh edərdin?

- Prinsipcə, gözlədiyimiz oldu. İlk hissədə bərabər oyun getdi. Belə demək mümkünsə, rəqibi özündənrazılığa görə cəzalandırdıq. Fikrimcə, həmin epizodda "Qarabağ"ın futbolçusu konsentrasiyasını bir qədər itirdi. Gözəl oynamaq istəsə də, topu ələ keçirərək qol vurduq. Sonradan isə hesabı qorumaq üçün oynamağa başladıq.

 

- Nəyə görə hesab edirsiniz ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov səhvə yol verdiyi epizodda özündənrazı davrandı?

- Bilmirəm. Sadəcə, elə göründü ki, məqsədli şəkildə belə etdi. Adətən, sonuncu müdafiəçilər etibarlı və özlərinə əmin halda çıxış edirlər. O, həmin epizodda da elə oynamaq istədi. Biz isə topu ələ keçirərək, rəqibi cəzalandırdıq.  

 

- "Qarabağ"ı necə dəyərləndirərdin?

- Yaxşı, texnikalı komandadı. Çoxlu texnikalı futbolçuları var. Lakin hər şey Belarusda həll olunacaq. 

 

- Düşünmürsən ki, elə də inamlı hesab sayılmayan 1:0-lıq nəticə ilə əlaqədar komandanızda gərginlik olacaq?

- Bu hesablı qələbəni səfərdə qazanmışıq. Ona görə də evdə həmişəki kimi adi qaydada çıxış edəcəyik. 

 

- Bakıda ilk dəfə olurdun?

- Bəli. Burada hər şey xoşuma gəldi. Paytaxtınız nanılmaz dərəcədə gözəldi.

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB