TOP 10

"Qarabağ" üçün ağır itki: Dani Kintana əməliyyat olunacaq

Futbol
Tarix: 2018-08-07 23:42

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Dani Kintananın xidmətindən məhrum olub.  

 

Məlumatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov verib: "Dani məşq zamanı zədə aldı. Həkimlərin rəyinə görə, zədəsi olduqca ciddidir. Yaxın günlərdə əməliyyat olunacaq"

 

İpan yarımmüdafiəçinin təxminən 3-4 aydan sonra sıralara dönməsi gözlənilir. 

 

Qeyd edək ki, Dani ötən il diz bağlarındakı zədəyə görə əməliyyat olunub və 6 ay futbolsuz qalıb.  

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB