TOP 10

Bürünc medalçının etirafı: ""Qızıl xal"da tələsdim"

Cüdo
Tarix: 0000-00-00 00:00

Cüdo üzrə Bakı "Böyük Dəbilqə"sinin ilk yarış günündə 60 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Orxan Səfərovun Sport24-ə müsahibəsi

- Nəticəni uğurlu hesab edirsən?
 - Yox. Uduzduğum rəqibə iki həftə əvvəl Paris "Böyük Dəbilqə"sində qalib gəlmişdim. Orda heç gücünü hiss etməmişdim. Bu yarışa çox məsuliyyətlə yanaşırdım, doğma “divarlar arası”nda ancaq çempionluq haqqında fikirləşirdim. Ancaq neyləmək olar, buna da şükür. 

- Nə çatmadı? 
- Həmin görüşdə hakim heç nədən mənə iki "şido" verdi.  Belədə, "qızıl xal"da tələsdim. Çünki üçüncü "şido" artıq məğlubiyyət idi. Çox çalışdım fənd üçün, rəqibə iki "şido" da mən verdirdim. Nəhayət, fənd atmaqdan yoruldum və rəqib qalib gəldi.

- Qarşıda "Dünya turu" seriyasından iki turnir olacaq. Hansındasa iştirakın planda var, yoxsa Avropa çempionatına hazırlaşacaqsan? 
- Mən heç birində iştirak etməyəcəm. Qarşıdakı müddətdə ancaq Avropa çempionatına, ardından da İslamiadaya hazırlaşacam.

- Qarşıdakı günlərdə hansı cüdoçulardan medal gözləyirsən?
 - Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Tural Safquliyev, Elmar Qasımov və Elxan Məmmədovdan.

 

SAHİB ƏSƏDBƏYLİ
 

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL