TOP 10

"Qarabağ"da ehtiyatda qalmaq Jezniçak üçün problem deyil: "BATE-ni keçmək istəyiriksə..."

Futbol
Tarix: 2018-08-07 11:00

"Qarabağ" Çempionlar Liqasında növbəti çətin sınaq qarşısındadı. Təmsilçimiz bu dəfə ilk oyununu evdə keçirərək. Belarus BATE-sini qonaq edəcək Ağdam klubunun polşalı müdafiəçisi Yakub Jezniçak bugünlü matç öncəsi Sport24.az-ın suallarını cavablandırıb.


- BATE ilə oyun haqqında fikrin necədi?
- Hər iki matç çətin olacaq. Belarus klubu Sloveniya “Olimpiya”sından və Albaniya “Kukesi”sindən güclüdü. Çox təcrübəli komandadı. Bir neçə dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Bunu son illərdə bacarıb. Mərhələ keçmək istəyiriksə, ən yüksək səviyyədə çıxış etməliyik. 


- Şansları faizlə dəyərləndirsək, kim daha çox üstünlüyə malikdi?
-  Heç zaman oyundan öncə şanslar haqqında danışmağı, proqnoz verməyi xoşlamamışam. Ümid edirəm ki, növbəti mərhələyə adlayacağıq. Onlara qarşı hər iki oyunda layiqli mübarizə aparıb qalib gələcəyik. 


- BATE-ni analiz etmisinizmi? Hansı üstünlükləri var?
- Bəli, analiz etmişik. Belarus çempionunun oyunlarının videolarına baxmışıq. Bütün futbolçular Borisov təmsilçisinin Helsinki HİK-inə qarşı oyunlarını izləyib. Evdə 0:0-lıq heç-heçə etsələr də, səfərdə 2:1 hesablı qalibiyyətlə mərhələ adlamışdılar. Onların yaxşı futbolçuları var və əks-hücumlarda əla oynayırlar. Təcrübəli futbolçuları var. Buna qarşı hazır olmalıyıq. Bizi çətin sınaq gözləyir. 


- Çempionlar Liqasının təsnifat mərhələləri başlayanda start heyətdə meydana çıxmışdın. Amma sonrakı oyunlarda daha çoxehtiyatda qaldın...
- Bəli, Lüblyana “Olimpiya”sı ilə oyunlarda meydana çıxdım. “Kukesi” ilə matçlarda ehtiyat oyunçular skamyasında əyləşdim. “Qarabağ”da 4 yaxşı mərkəz müdafiəçisi var. Bu, baş məşqçimiz Qurban Qurbanovun seçimidi. O, Rəşad Sadıqov və Bədavi Hüseynovun oynamasını istədi. Öz şansımı gözləyirəm. Ehtiyatda qalmaq mənim üçün problem deyil. Əsas odur ki, komandamız “Kukesi” ilə matçlarda qalib gəldi və mərhələ adladı. 


- “Qarabağ” yenidən tarix yaza bilərmi?
- Düşünürəm ki, bu mümkündü. Ümid edirəm ki, III təsnifat mərhələsində yaxşı oynayacağıq və PSV ilə qarşılaşa biləcəyik. Əlbəttə ki, indiki halda PSV güclüdü. Amma ötən il “Kopenhagen“ə qarşı oyunlarda göstərdik ki, futbolda hər şey mümkündü. Hər bir futbolçumuz yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamağı arzulayır. Düzdür, yeni qaydalar bir az çətinlik yaradır. Amma bu futboldu və biz hər zaman bu cür hallarla rastlaşmışıq. Kiçik komandalar dəfələrlə olub ki, böyük komandalara qalib gəlib mərhələ adlayıblar. 


- Deyə bilərikmi ki, PSV sizin üçün ən çətin püşk oldu? Onları keçmək mümkündürmü?
- PSV çox yaxşı komandadı və onlara qarşı oynamaq çox çətin olacaq. Hamımızın son ayda oynayacağı ən güclü komandalardan biridi. Amma hazırda BATE ilə oyunları düşünürük. Bu mərhələni keçsək, PSV haqqında fikirləşməyə başlayacağıq. 


- Yeni futbolçularınız komandaya tam uyğunlaşa bilib, yoxsa buna zaman lazımdı?
- Düşünürəm ki, yeni futbolçular çox sürətli şəkildə komandaya öyrəşdilər. Onları son oyunda gördük. “Kukesi”yə qarşı matçda yüksək keyfiyyətlərini ortaya qoydular. Buna görə təbii ki, hamımız sevinirik. Onlar göstərdilər ki, çox yaxşı futbolçulardı.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB