TOP 10

TPL-də türk hakim? Onu ölkəmizə hansı “rüzgar” gətirib?

Futbol
Tarix: 2018-08-05 22:15

Topaz Premyer Liqasında (TPL) əcnəbi hakim peyda ola bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, söhbət türkiyəli ədalət təmsilçisi Mehmet Güngördən gedir.

 

İnformasiyanı dəqiqləşdirmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət etdik.

 

Ölkədaxili yarışları təşkil edən qurumun rəhbəri fərqli mətləblərin olduğunu diqqətimizə çatdırdı: “Həmin hakimin heç adını bilmirəm. Yaxın günlərdə Hakimlər Komitəsi ondan normativ imtahanları götürəcək. Həqiqətən tapıntıdırsa, təbii ki, Premyer Liqa oyunlarına da təyinat ala bilər”.

 

Maraqlıdı, qardaş ölkənin referisini bura hansı “dalğalar” gətirib? Həm də PFL prezidentinin qeydlərinə əsasən Güngör birbaşa Premyer Liqaya buraxılmayacaqsa, hansı məqsədlə Bakıya gəlib? Axı, I Divizionun başlama tarixi də məlum deyil: “Məndə olan informasiyaya görə, o, indiyədək Türkiyə Superliqasında oyun idarə etməyib. Belədə, ona birbaşa Premyer Liqa görüşlərini etibar edə bilmərik. Təbii ki, aşağı dəstəyə göndəriləcək və doğrudan da tələblərə cavab versə, elitada ədaləti qorumaq şansı qazanacaq. O ki qaldı ölkəmizdə peyda olmasına, bura şəxsi işləri ilə əlaqədar gəlib. Eşitdiyimə görə yaxın 1 ili Bakıda yaşayacaq. Ancaq indidən bu hakimin Premyer Liqa oyunlarını idarə edəcəyini iddia etmək yanlışdı. Hələ bir görək imtahanı necə verəcək?”.
 

Qeyd edək ki, güngör indiyədək heç vaxt Super Liqa matçlarına təyinat almayıb. Bu azmış kimi, o, PTT I Liqasında da cəmi bir dəfə oyun idarə edib. Bu, “şanlıurfaspor”la “Samsunspor” arasında keçirilən qarşılaşma olub. Həmin matç nə az, nə də çox 2,5 il əvvəl - 2016-cı ilin fevralına təsadüf edib.

23 Sentyabr 2018
22 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB