TOP 10

"İnter"də maaşlar ödənildi

Futbol
Tarix: 0000-00-00 00:00

Bir müddətdir maddi cəhətdən çətinlik çəkən "İnter"də maaşların bir qismi ödənilib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçular və klubun bütün əməkdaşları fevral ayının maaşını alıb.

Klub rəhbərliyi futbolçularla söhbətində may ayında bütün maaşların ödəniləcəyini bildirib.

Xatırladaq ki,  Zaur Svanadzenin komandası Avropa Liqasına vəsiqəni təmin edib (qol.az).

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB