TOP 10

Rüstəm Orucov Zaqrebdə 3-cü oldu

Cüdo
Tarix: 2018-07-28 23:03

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

 

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB