TOP 10

Əli Şükürlüdən bürünc medal

Digər
Tarix: 2018-07-28 14:02

İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparır.

 

Ötən gün millimizin daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev yaşı 15-ə qədər oğlanların mübarizəsində 94 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Əli Quliyev birdən qaldırma hərəkətində 112 kq nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 130 kq nəticə ilə 8-ci yeri tutub. Toplam 242 kq (112+130) nəticə göstərən atletimiz bu çəkinin yekun sıralamasında 6-cı yeri tutub.

 

Əli Şükürlü isə daha yaxşı çıxış edə bilib. O, birdən qaldırma hərəkətində 120 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Şükürlü eyni uğura təkanla qaldırma hərəkətində də nail ola bilib. O, 145 kq nəticə ilə bu hərəkətdə də bürünc medal qazanıb. Qeyd etmək lazımdır ki, Əli bu hərəkətdə 3-cü yanaşmasında 152 kq-ı qaldırsa da, hakimlər bu cəhdi qeydə almayıb.

 

Toplam 265 kq (120+145) nəticə ilə Əli Şükürlü Avropa birincilyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında 3-cü yerə çıxaraq fəxri kürsüyə qalxmağı bacarıb.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB