TOP 10

“Qarabağ” Şimali İrlandiya yığmasının forvardını istəyir

Futbol
Tarix: 2018-07-28 11:58

“Qarabağ” heyətini daha bir hücumçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə Şimali İrlandiya mətbuatı məlumat yayıb. 

 

Bildirilir ki, Ağdam təmsilçisi Şotlandiyanın “Harts” klubunda oynayan Keyn Lafferti futbolçu üçün təklif göndərib. Bundan başqa Laffetini “Reyncers” və “Seul” klubları heyətinə qatmaq niyyəindədir. 

 

Stiven Cerardın baş məşqçisi olduğu “Reyncers” forvard üçün 200 min funt-sterlinq təklif edib. Lakin Laffertinin transfer qiyməti 750 min funt-sterlinqdir. 

 

Həmkarlarımız onu da qeyd ediblər ki, Şimali İrlandiya yığmasının forvardı bu 3 klubdan birinə mütləq keçəcək.
 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB