TOP 10

Daha 5 atletimiz Milanda qüvvəsini sınadı

Digər
Tarix: 2018-07-27 01:22

İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxırlar.

 

Yaşar Mamayev yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 77 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərktind siə 126 kq nəticə ilə 4-cü yeri tutub. Toplam 229 kq (103+126) nəticə göstərən Yaşar Mamayev yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

 

Rahilə Hüseynova çıxıb yaşı 15-ə qədər olan qızların mübarizəsində 69 kq çəki dərəcəsində yarışıb. O, birdən qaldırma hərəkətində 63 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərəkətində isə 68 kq nəticə ilə 7-ci yeri tutub. Toplam 131 kq (63+68) nəticə göstərən Hüseynova bu çəkinin yekununda 7-ci pillədə qərarlaşıb.

 

Ötən gün atletlərimizdən daha ikisi – İsmayıl Baxışov və Əlimərdan Alxasov da körpücük üzərinə çıxıblar. Onlar yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 77 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

İsmayıl Baxışov birdən qaldırma hərəkətində 110 kq nəticə ilə 12-ci, təkanla qaldırma hərəkətində isə 145 kq nəticə ilə 9-cu olub. Toplam 255 kq (110+145) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 12-ci yeri tutub.

 

Əlimərdan Alxasov birdən qaldırma hərəkətində 114 kq nəticə ilə 10-cu, təkanla qaldırma hərəkətində isə 151 kq nəticə ilə 7-ci olub. Toplam 265 kq (114+151) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 7-ci yeri tutub.

 

Lalə Rzazadə yaşı 17-yə qədər olan qızların 58 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub. İdmançımız birdən qaldırma hərəkətində 69 kq nəticə ilə, təkanla qaldırma hərəkətində isə 81 kq nəticə ilə 6-cı yeri tutub. Toplam 150 kq (69+81) nəticə ilə Rzazadə yekun sıralamada da 6-cı pillədə qərarlaşıb.

17 Oktyabr 2018
16 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB