TOP 10

Delarjdan iddialı bəyanat: “Biz bu rəqibi keçməyə məhkumuq!”

Futbol
Tarix: 2018-07-26 14:26

“Qarabağ”ın yeni transferi Con Delarj artıq Bakıdadı. Konqolu hücumçu Sport24.az-a verdiyi müsahibədəolduqca iddialı fikirlər yürütməklə yadda qaldı.


-    Artıq Bakıdasan?
-    Bəli, nəhayət ki, Bakıya gəldim.  Buradayam və komandaya qoşulacağım vaxtı səbirsizliklə gözləyirəm. 

 

-    Şəhəri görmək imkanın olub?
-    Dünən gecədən burdayam. Amma şəhəri gəzmək üçün vaxtım olmayıb. Belə bir planım da yoxdur. Hələlik öz evimdə dincəlirəm. 

 

-    Klubun bazasında da olmamısan?
-    Yox, yəqin ki, ən yaxın zamanda bazanı görəcəm.

 

-    “Qarabağ”ın “Kukesi”yə qarşı keçirdiyi ilk oyunu izləyə bildinmi?
-    Əlbəttə ki, izlədim. Komandamız yaxşı oynadı. Düşünürəm ki, daha da yaxşı olacaq. 

 

-    Səfərdə 0:0-lıq heç-heçəni necə nəticə sayırsan?
-    Orda uduzmamışıq. Düzdür, qol vurmalı idik, amma alınmadı. 

 

-    “Kukesi” necə rəqibdir?
-    Burda deməyə bir sözüm var: biz bu rəqibi keçməyə məhkumuq! Bakıda daha yaxşı oynayıb, növbəti mərhələyə adlamalıyıq. 

 

-    Yəni, “Qarabağ” birmənalı şəkildə favoritdir?
-    Sözsüz ki, “Qarabağ” favoritdir. Bunu meydanda da göstərməliyik. Növbəti mərhələyə daha layiq komandayıq və bunu ikinci oyunda sübut edəcəyik. 

 

-    Cavab matçı üçün oynamağa hazırsan, yoxsa adaptasiyanı gözləyəcəksən? 
-   Oynaya bilərəm. Ümid edirəm ki, hər şey istədiyim kimi gedəcək.
 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB