TOP 10

Əliyev Avropa birinciliyinin bürünc medalını qazandı

Digər
Tarix: 2018-07-25 01:33

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında təşkil olunan ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış gününə yekun vurulub. Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

 

İlk olaraq Anna Opanasyuk yaşı 15-ə qədər olan qızların mübarizəsində 58 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, 52 kq nəticə ilə birdən qaldırma, 65 kq nəticə ilə təkanla qaldırma hərəkətində, həmçinin toplam 117 kq (52+67) nəticə 5-ci yeri tutub.

 

Millimizin daha iki üzvü – Fidan Mirzəzadə və Səma Mayılova yaşı 15-ə qədər qızların mübarizəsində 63 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Fidan Mirzəzadə birdən qaldırma hərəkətində 59 kq nəticə ilə 6-cı, təkanla qaldırma hərəkətində 73 kq nəticə ilə 7-ci, toplam 132 kq (59+73) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub. 

 

Səma Mayılova isə birdən qaldırma hərəkətində 61 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərəkətində 76 kq nəticə ilə 6-cı, toplam 137 kq (61+76) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

 

Son olaraq millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.

 

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.

 

Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avroopa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB