TOP 10

Rüstəm Qasımov fəxri kürsüdə!

Digər
Tarix: 2018-07-24 00:43

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında təşkil olunan ağır atletika üzrə Avropa birinciliyi davam edir.  Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. Bu gün millimizin üzvlərindən daha bir neçəsi körpücük üzərinə çıxıb.

 

Fazilə İmanova yaşı 15-ə qədər olan qızların mübarizəsində 53 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 50 kq nəticə ilə 9-cu, təkanla qaldırma hərəkətində də 66 kq-la 9-cu yeri tutub. Toplam 116 kq (50+66) nəticə ilə Fazilə İmanova Avropa birinciliyində 9-cu pillədə qərarlaşıb.

 

Sale Alxasov yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq-lıq ştanqı üç yanaşmanın heç birində ram edə bilməyib. Təkanla qaldırma hərəkətində Saleh 115 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Alxasov yekun sıralamada yer tuta bilməyib.

 

Elməddin Hüseynov və Rüstəm Qasımov isə yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Elməddin Hüseynov birdən qaldırma hərəkətində 111 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub. Təkanla qaldırma hərəkətində atletimiz 135 kq-ı başı üzərinə qaldırıb və 9-cu olub. Toplam 246 kq (111+135) nəticə ilə Elməddin Avropa birinciliyində yekun sıralamada 8-ci pillədə qərarlaşıb.

 

Yeniyetmələr arasında 2016-cı il Avropa birinciliyinin bürünc, 2017-ci ildə isə qızıl medalçısı olan Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlu yerinə yetirib. 117 kq-ı ram edən Qasımov bu hərəkətdə kiçik gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində atletimizin bəxti gətirməyib və o 137 kq nəticə ilə bu hərəkətdə 6-cı olub. Toplam 254 kq (117+137) nəticə ilə Rüstəm Qasımov yekun sıralamada 5-ci yeri tutub.

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB