TOP 10

Elşən Məmmədovla Murad Əliyev Milanda çempion oldu

Cüdo
Tarix: 2018-07-23 19:35

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında təşkil olunan ağır atletika üzrə Avropa birinciliyi davam edir.  Sport24.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Azərbaycan yığma komandasının üzvlərindən də bir neçəsi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kq nəticə göstərib və bu hərəkətdə 2-ci yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində 110 kq-ın öhdəsindən gəlib. O, bu hərəkətdə də 2-ci olaraq gümüş medala sahib çıxıb. Fuad toplam 202 kq (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.

 

Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırma hərəkətində 98 kq nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kq nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. Məmmədov toplam 212 kq (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq Avropanın zirvəsinə yüksəliblər.

 

Murad Əliyev və Kamil Nəbiyev isə yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.

 

Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırma hərəkətində 104 kq-ı ram edərək bu hərəkətdə 9-cu yeri tutub. Toplam 184 kq (80+104) nəticə ilə Kamil Nəbiyev birincilikdə 10-cu yerdə qərarlaşıb.

 

Murad Əliyev isə fəxri kürsüyə qalxıb. Birdən qaldırma hərəkətində 100 kq nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən Murad, 118 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kq (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB